Fədayə Laçının azadlığa çıxacağı tarix məlum oldu

20:12 - 8 Oktyabr 2019 - Xəbər

Həbsdə olan müğənni Fədaya Laçının azadlığa çıxacağı tarix açıqlanıb.

Bu barədə müğənninin bacısı İlahə Fəda “Xəzər” kanalında yayımlanan “5-də 5” verilişində məlumat verib. O, bacısının oktyabrın 28-də azadlığa çıxacağını və səbirsizliklə həmin günü gözlədiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 30-da müğənni Fədaya Laçının cəzası beş ildən iki ilə endirilib.  /oxu.az

Xəbər xətti