AzTV-də növbəti kadr islahatları olub

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr islahatları olub.

QSC-də baş prodüser vəzifəsində çalışan Hikmət Yaqubov tutduğu vəzifədən azad edilib. O, “Mədəniyyət” kanalında direktor müavini postuna təyin edilib.
Baş prodüser vəzifəsi TV-nin Bədii rəhbərinin müavini Nazilə Babayevaya, baş rejissor vəzifəsi isə Əməkdar incəsənət xadimi Ülviyyə Kərimovaya həvalə edilib.

Daha bir kadr təyinatı isə “İdman” kanalında olub. Belə ki, tanınmış jurnalist Rövşən Binnətli sözügedən kanalın direktor müavini təyin olunub.

Tarix
8 Oktyabr 2019 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-08 19:27:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin