Deputat: “Ailədaxili zorakılıqların sayı artıb”

“Son vaxtlar ailədaxili zorakılıqların sayı artıb”.

Bunu bu gün Milli Məclisin iclasında millət vəkili Aytən Mustafayeva bildirib. A. Mustafayeva deyib ki, iki gün əvvəl Biləcəri qəsəbəsində, Avtovağzal metrostansiyası yaxınlığında kişi uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb: “Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir adam çıxmayıb ki, ona bir yumruq vursun, qadını əlindən alsın”.

Millət vəkili qeyd edib ki, başqa hadisə isə metroda olub: “Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasın. Bu sahədə qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var. Yeri gəlmişkən, bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin ki, qadının nəsə günahı olub. Bu, necə müğənnidir?”

Millət vəkili Məlahət İbrahimqızı həmkarını dəstəkləyib, bu kimi məsələlərə ziyalıların həssas münasibət ortaya qoymasını zəruri sayıb.
Deputat Sona Əliyeva da Biləcəri qəsəbəsində törədilən qətldən danışıb.

“Bir neçə ay qabaq Türkiyədə də məhz belə bir hadisə olmuşdu. 12 yaşlı qızının gözünün qarşısında anası atası tərəfindən qətlə yetirilmişdi. Bu kadrları da Azərbaycanda kiçikdən böyüyə bəlkə hamı izləmişdi, hətta instaqramda həştəqlər paylaşmışdılar. #EmineBulutiçinsusma deyə...Emine Bulutun o kadrlarda dayanmadan təkrarladığı söz vardı: “Ölme, anne...”

Türkiyə mediası, vətəndaş cəmiyyəti, ictimai xadimlər və məşhurlar bu məsələyə ciddi reaksiya verdi, hətta qadına qarşı şiddətə diqqət çəkmək üçün Emine Bulut adına konsertlər verdilər, reabilitasiyasını üzərlərinə götürdülər və s. Bəs biz nə etdik? Niyə susuruq? Doğrudanmı qadınları ikinci sort insan kimi qəbul edirik? Həqiqətənmi, biz qadınların da "günah öləndədir" düşüncəsi beynimizin ən alt qatlarına çöküb? İnanmıram, bu, biz deyilik, ya da olmamalıyıq...

Axı bizim qadınımız həmişə baş tacı, namus qeyrət daşıyıcısı olub, qan barışdırıb, sülh, əmin-amanlıq yaradıb, hörmətli, dəyərli olub. Mən daha susmaq, qadınların övladlarının gözü qarşısında öldürülməsini və uşaqların atalarına nifrətlə kimsəsiz yaşamasını istəmirəm. Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, Leyla və onun timsalında qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin. Heç bir arqument, fakt ya da bəhanə insan ölümünə səbəb ola və ya haqq qazandıra bilməz!”, - deyə deputat bildirib./Apa

Tarix
8 Oktyabr 2019 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-08 13:51:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin