Məşhur futbolçu karyerasını başa vurdu

17:24 - 5 Oktyabr 2019 - İDMAN

"Yuventus" klubunun və İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurub. Trend-in məlumatına görə, mətbuat onun səhhətinə görə bu addımı atdığını yazıb. K.Markizio sonuncu dəfə Rusiyanın "Zenit" klubunun formasını geyinib. Futbolçu yeddi dəfə İtaliya çempionu, 3 dəfə ölkə kubokunu, 4 dəfə isə Superkuboku qazanıb.

Xəbər xətti