"Qarabağ"dan ardıcıl altıncı qələbə

21:03 - 27 Sentyabr 2019 - İDMAN

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

İlk oyun günündə bir matç keçirilib. Lider "Qarabağ" doğma meydanda "Sumqayıt"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bununla da, Qurban Qurbanovun komandası ölkə çempionatında ardıcıl altıncı qələbəsini qazanıb.

Qeyd edək ki, turun digər oyunları 28-29 sentyabr tarixlərində olacaq.

27 sentyabr (cümə)

19:00. “Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: Dani Kintana, 45+2, Mahir Emreli, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

28 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

29 sentyabr (bazar)

17:30. “Sabah” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
“Bank Respublika Arena”
19:45. “Keşlə” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev

“ASCO Arena”
/qol.az

Xəbər xətti