Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. cənab Filip Riker ilə görüşüb.

Görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Dövlət Katibinin köməkçisinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Nyu Yorkda keçirilmiş görüşü barədə məlumat verdi və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tarix
24 Sentyabr 2019 [23:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-24 23:54:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin