Bakı Uşaq Teatrı Beynəlxalq festivala gedir

 Bakı Uşaq Teatrı Rusiya federasiyasının Kalmıkiya vilayətində keçiriləcək II Beynəlxalq Uşaq və Yeniyetmələr üçün tamaşalar “Keeda” festivalına dəvət alıb.

25- 30 sentyabr tarixlərində Elista şəhərində keçiriləcək festivalda Bakı Uşaq Teatrı milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Ucnoqta.az xəbər verir ki, tamaşada uşaqlara ədalətli olmaq kimi gözəl duyğular aşılanır. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur.

Tamaşada istifadə olunmuş milli geyimlər, milli musiqi və rəqslər onu daha da baxımlı edir.
Quruluşçu rejissor İntiqam-Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.

Tarix
23 Sentyabr 2019 [11:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-23 11:08:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin