"Google" dünyanın ən güclü kompüterini yaradıb

15:46 - 21 Sentyabr 2019 - Xəbər

"Google" şirkəti ən müasir superkompüterlərin imkanlarından kənar hesablamalar aparmağa qadir olan dünyanın ən güclü kvant kompüterini hazırlayıb.

Bu barədə "The Financial Times" korporasiyasının elmi hesabatına istinadən yazıb.

Bildirilir ki, şirkətin elmi işçiləri dünyanın ən güclü kompüteri olan "Sammit"in hesablaması üçün, təxminən, 10 min il lazım olan məsələni 3 dəqiqə 20 saniyədə həll edən prosessor hazırlayıblar.
Proqramın yaradıcıları onların işinin tammiqyaslı kvant hesablama prosessoru ilə sonrakı əməliyyatlar üçün ciddi mərhələ olduğunu iddia edirlər.

Qeyd olunur ki, yeni kəşf kompüterlərin gücünü artırmağa imkan verəcək.

"Google" yaradılan prosessoru şərh etməkdən imtina edib.

Daha əvvəl riyaziyyatçılar kvant mexanikası maşınını elə öyrədiblər ki, o, səhv etməsin./report

Xəbər xətti