Şamaxıda kütləvi dava: tərəfləri ayıran kişinin qulağını kəsdilər

11:02 - 21 Sentyabr 2019 - HADİSƏ

Şamaxıda kütləvi dava olub. 

Hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb.

Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb. C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib.
O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti