İşıqforun qırmızı işığında keçdi, qəzaya səbəb oldu - FOTO

09:42 - 21 Sentyabr 2019 - HADİSƏ

Nəsimi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, Nasim Məmmədov idarə etdiyi 90-ZE-899 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı minik avtomobili ilə Azadlıq prospektində işıqforun qırmızı işığından keçərək yoluna davam edib.

Bu zaman nəqliyyat vasitəsi Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığından keçən, Hafiz Məhəmmədovun idarə etdiyi 99-MM-449 dövlət qeydiyyatlı "İnfiniti" markalı avtomobilə çırpılıb.
Zərbənin gücündən "Toyota" yol kənarındakı təhlükəsizlik kamerasının dirəyinə dəydikdən sonra dayanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.Yol infrastrukturuna ciddi ziyan dəyib.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYPŞ-nin əməkdaşları cəlb edilib./Apa

Xəbər xətti