Fuad Qəhrəmanlı istefa verdi

20:10 - 20 Sentyabr 2019 - Xəbər

Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.

"Qafqazinfo"nun məlumatına görə, o, bu barədə özünün feysbuk hesabında yazıb.
"Dostlar, mənimlə bağlı yaranmış vəziyyət bəhanə edərək ACXP- yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.

Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən, onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.

Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas ğötürərək, AXCP sədrinin müavini postundan istefa verirəm", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, ötən gün Fuad Qəhrəmanlının qızı Selcan Yağmur şəxsi feysbuk hesabında paylaşım edərək, atasından imtina etdiyini bildirib. O, bu addımı atası tərəfindən özünə və anasına qarşı şiddət gördüyünü üçün atdığını qeyd edib. Selcanın statusu sosial şəbəkədə ciddi rezorans doğurub. Bundan sonra Fuad Qəhrəmanlı ciddi tənqidlərə məruz qalıb.

Xəbər xətti