Ermənistan İsraildə səfirlik açır

10:11 - 20 Sentyabr 2019 - Xəbər

Ötən gün Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Xarici İşlər Naziri Zohrab Mnatsakanyan tərəfindən hazırlanan qərarda deyilir:
“İsrail Dövlətində (iqamətgahı Təl-Əvivdə) Ermənistan Respublikasının səfirliyi yaradılsın”.

Nazirin sözlərinə görə, İsrail rejimində səfirlik açılması ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək: “Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib”.

Xəbər xətti