“Yaxşı komandaya qalib gəldik” - Xulen Lopeteqi

23:24 - 19 Sentyabr 2019 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Qarabağ”ı Bakıda 3:0 məğlub edən İspaniya “Sevilya”sının baş məşqçisi Xulen Lopeteqi mətbuat konfransı keçirib. 

İspaniyalı mütəxəssis birbaşa sualları cavablandırıb.

- Sona qədər mübarizə aparan “Sevilya” gördük. Digər oyunlardan fərqli olaraq, bu dəfə qol sayı da bol oldu. Bu barədə nə deyə bilərsiniz?
- Rəqib öz meydanında oynayırdı. Ab-hava bizə oyunun əvvəlində müəyyən problemlər yaratdı. Ancaq hesabı açdıqdan sonra işimiz asanlaşdı və növbəti qollar gəldi.

- Gözlədiyiniz “Qarabağ”ı gördünüzmü?
- “Qarabağ”ın təcrübəsi hiss olunurdu. Məşqçi işi görünürdü.

- “Düdelanj” bu axşam APOEL-i səfərdə məğlub etdi. Püşkatmadan sonrakı gözləntilərinizlə qrupdakı indiki durum düz mütənasib təşkil edirmi?
- Futbolda təəccüblü heç nə olmur. İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdı.

- Nəticədən savayı nədən razı və nədən narazı qaldınız?
-  Xüsusilə kimisə qeyd etmək istəməzdim. Yaxşı komandaya qalib gəldik.

- 3:0 hesabı komandalar arasındakı fərqi nə dərəcədə əks etdirir?
- “Qarabağ”ın APOEL-lə hər iki oyununu izləmişəm. Ağdamlılar kiprliləri turnirdən kənarlaşdıra bilərdi, eyni zamanda da APOEL “Ayaks”ı ÇL-dən kənar qoya bilərdi.

- Həftə sonu Madrid “Real”ına məğlub olsanız, bunu Bakıya uzaq yolçuluqla əlaqələndirməyəcəksiniz?
- Bu barədə sabah danışarıq.
/qafqazinfo

Xəbər xətti