Xırdalanda 4 yük avtomobili yanıb

18:50 - 19 Sentyabr 2019 - HADİSƏ

Xırdalanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb. Ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti