Erkən nikahların daha çox qeydə alındığı bölgə açıqlanıb

"Bu gün cənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb".

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün erkən nikahlar Bakı kəndlərində də qeydə alınır: "Araşdırmamıza görə, cənub zonasının bəzi ucqar kəndlərində son 10-15 ildə ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi həmin bölgələrdə oğlanların radikal dini qruplaşmaların təsiri altına çox düşmədidir".

A.Veysəlova bildirib ki, bu gün 15-17 yaşlı qadınların dünyaya gətirdiyi körpələrin sayı xeyli azalsa da, ötən ilin rəqəmləri (2129) heç də az deyil: "Çünki gərək 15-17 yaşında 3000-3500 qız qeyri-rəsmi nilkaha girməlidir ki, onlardan da 2129 körpə dünyaya gəlsin"./report

Tarix
19 Sentyabr 2019 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-19 13:14:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin