Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir

Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Tacikistan Aqrobiznes forumu keçirilir.

"Report" xəbər verir ki, forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edirlər.
Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgisi də təşkil olunub.

Forumun ikinci hissəsində isə, Tacikistandan gəlmiş qonaqların Quba və Xaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba “ABAD Factory” İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.

Tarix
18 Sentyabr 2019 [09:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-18 09:22:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin