Avtomobilin vurduğu piyada hadisə yerində öldü – Foto

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metronun “Koroğlu” stansiyasının qarşısında, piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Meyitə ilkin baxış keçirilən zaman üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

 

Tarix
18 Sentyabr 2019 [07:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-18 07:13:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin