Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb-Foto

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqer ilə görüşüb.

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə etdilər.
Qarşı tərəf Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələrə istinad edərək Vatikanda həyata keçirilən bir sıra tarixi abidələrin bərpası işlərini yüksək qiymətləndirdi. Öz növbəsində nazir Elmar Məmmədyarov Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirərək, Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini bildirib.

Görüş əsnasında nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Tarix
17 Sentyabr 2019 [18:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-17 18:47:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin