Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər

Türkiyə ilə Rusiya arasında yeni silah anlaşması imzalana bilər.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Dövlət başçısı Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin ikinci hissəsinin artıq Türkiyəyə çatdırıldığını qeyd edib.

V.Putin həmçinin hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Putinlə birlikdə “MAKS-2019” hava sərgisində olmuş, “SU-35” və “SU-57” qırıcıları ilə maraqlanmışdı.

Ərdoğan bildirib ki, tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar./oxu.az

Tarix
17 Sentyabr 2019 [00:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-17 00:18:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin