Rusiyada DƏHŞƏTLİ YANĞIN: prokurorla ailə üzvləri öldü - FOTO/VİDEO

Rusiyanın Krasnoyarsk diyarının Lesosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam saatlarında binanın 3-cü mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində, 4-ü uşaq olmaqla 8 nəfər vəfat edib. Həlak olanlar Lesosibirsk şəhərinin prokuroru Vasili Fedortsov,onun həyat yoldaşı və iki uşağı, eləcə də prokurorun bacısı, əri və iki uşağıdır.

Yanğına səbəb kimi ilkin variant olaraq qısa qapanma göstərilir.
Qeyd olunur ki, 36 yaşlı Fedortsov 2006-cı ildən prokurorluq orqanlarında fəaliyyət göstərirmiş. Bu ilin aprelində Lesosibirskə prokuror təyin edilibmiş.

Tarix
16 Sentyabr 2019 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-16 10:37:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin