Türkiyənin Vitse-prezidenti Azərbaycana gəlib- Foto

18:17 - 15 Sentyabr 2019 - Xəbər

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.


Xəbər xətti