Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb

Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Tarix
15 Sentyabr 2019 [11:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-15 11:59:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin