Üç yaşlı uşaq atasının silahı ilə öz başından vurub

09:24 - 15 Sentyabr 2019 - Xəbər

ABŞ-ın Sent Luis şəhərinin yaxınlığında yerləşən yaşayış massivində ərazidə bədbəxt hadisə baş verib. 

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, uşaq atasının silahı ilə oynayarkən təsadüfən atəş açılaraq onun başına dəyib. Uşaq aldığı güllə yarasından dünyasını dəyişib.  40 kalibrli “Glock” markalı tapançanı baxımsız qoyduğuna görə polis uşağın ölümündə atanı günahlandıraraq həbs edib.

Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş statistikaya görə, il ərzində bu şəhərdə və ətraf yaşayış massivlərində 22 uşaq odlu silahla əlaqəli insidentlər nəticəsində həlak olub.

Xəbər xətti