Bakıda ana və iki uşağı itkin düşüb

11:35 - 12 Sentyabr 2019 - HADİSƏ

Bakıda ana və iki uşağı itkin düşüb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbənin Nizami küçəsində yaşayan Balayeva Qüdrətxanım Heydər qızı ötən gün səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda Q.Balayevanın psixi problemləri olduğu qeyd edilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır./oxu.az

Xəbər xətti