Şimali Kiprdə hərbi bazada partlayış olub

Şimali Kipr Türk Respublikasının Çatalköy rayonunda yerləşən hərbi bazada baş verən partlayış nəticəsində ətrafdakı evlərə və 5 ulduzlu otellərin yerləşdiyi turist bölgəsindəki digər evlərə ziyan dəyib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də gecə saatlarında Girne şəhərindən 10 km cənubda yerləşən Çatalköydə sahilə yaxın hərbi bazada baş verib.

Şimali Kipr Prezidenti Mustafa Akıncı bildirib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb: “Partlayışın nəticələrinin aradan qaldırılması üçün lazım olan bütün tədbirlər görülüb”.
Şimali Kipr Türk Respublikası baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersayın təhlükəsizlik baxımından ərazidək sakinlərin təxliyyə edildiyini söyləyib.

Partlayışın səbəbi məlum deyil.

Tarix
12 Sentyabr 2019 [10:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-12 10:06:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin