“Yumruğum Həbibə dəysə, hər şey bitəcək”

Yüngül və yarımyüngül çəki dərəcələrində “Bellator” çempionu, braziliyalı döyüşçü Patrisiu Freyri Rusiyanın UFC döyüşçüsü Həbib Nurməhəmmədov haqda fikirlərini bölüşüb.

“Qafqazinfo” “Mmafightting.com”a istinadən onun sözlərini təqdim edir:
“Həbib çox güclüdür, onun döyüşdə və samboda fenomenal bacarıqları var, amma onun zəif yeri – ayaqlarıdır. Mən onu tuta bilərdim. Mümkünsüz heç nə yoxdur. Düşünürəm, Həbibə qalib gəlməyin yolu var. Əgər mənim yumruğum Həbibə dəysə, hər şey bitəcək”.

Qeyd edək ki, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədov sonuncu görüşündə III raundda boğucu fənddən istifadə edərək, amerikalı Dastin Puaryeyə qalib gəlib.
Nurməhəmmədov karyerası ərzində 28 döyüş keçirib və bir dəfə də məğlub olmayıb. Puarye isə 32 dəfə oktaqona çıxıb və 6 döyüşdə uduzub.

Tarix
12 Sentyabr 2019 [09:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-12 09:17:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin