Bakıda polis əməkdaşını bıçaqladılar

21:43 - 11 Sentyabr 2019 - HADİSƏ

Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. İnsident Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü polis kapitanı Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb. 

Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Xəbər xətti