Bakıda 20 yaşlı gənc itkin düşdü

13:26 - 11 Sentyabr 2019 - HADİSƏ

Bakıda 20 yaşlı şəxs itkin düşüb.

Paytaxtın Xətai rayonu, M.Davud küçəsi, ev 96 ünvanında kirayə qalan 1999-cu il təvəllüdlü Emin Qəşəm oğlu İsrafilov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə hüquq-mühafizə orqanlarına ərizə ilə onun qardaşı, Mingəçevir şəhər sakini İlkin Qəşəm oğlu İsrafilov məlumat varib.

Faktla bağlı araşdırma aparılır. /oxu.az

Xəbər xətti