Mübariz Qurbanlı şəhidlərin plakatlarından danışdı

12:52 - 10 Sentyabr 2019 - Xəbər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirib. 

O, jurnalistlərə açıqlamasında şəhidlik zirvəsində hər bir şəhidin öz yerinin olduğunu qeyd edib. Komitə sədri bildirib ki, şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirməzlər: "Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar.

Məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə, bu tamamilə doğrudur. Çünki bu heç bir dinlə ziddiyyət təşkil etmir. Qafqaz Müsəlmanları İdarəsinin bu ilki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. Həm dinimiz, həm də fətvada bu deyilir. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yalnışdır"./qafqazinfo

Xəbər xətti