Saat 12:00-a qədər 3510 nəfər könüllü olaraq qan verib- Rəsmi

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 3510 nəfər könüllü olaraq qan verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən, bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.

Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Tarix
10 Sentyabr 2019 [12:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-10 12:24:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin