Bakıda 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

11:16 - 10 Sentyabr 2019 - HADİSƏ

Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.

Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib. Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb./trend

Xəbər xətti