Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri Vyanada təqdim edilib -Foto

Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsində müxtəlif ölkələrin milli geyimlərindən ibarət “Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzininin təşkilatçılıgı ilə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.

Tədbirin moderatoru iştirakçılara dizaynerin yaradıcılığı və onun rəhbəri olduğu Gülnarə Xəlilova Moda Evi və Azərbaycan Milli Geyim Mərkəzin barədə məlumat verib, Azərbaycan milli geyimlərinin moda sərgisində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə və rəhbəri Leyla Qasımovaya təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin də tərəfdaş kimi qoşulduğu həftə ərzində milli rəqs və geyimlərə həsr olunmuş tədbirlər, qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib. Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) həyata keçirdiyi tədbirlərdə ümumilikdə 60-dək ölkənin nümayəndəsi iştirak edib.

Tarix
9 Sentyabr 2019 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-09 14:28:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin