Xorvatiya millisi Bakıda

14:09 - 8 Sentyabr 2019 - İDMAN

Xorvatiya milli komandası dünən Bakıya gəlib.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zlatko Daliçin komandası hava limanından otelə deyil, birbaşa fitnes zala yollanıblar. Qeyd edilib ki, xorvatlar Azərbaycanla oyuna ciddi yanaşır.

Qeyd edək ki, Xorvatiya millisi bu gün "Bakcell Arena"da oyunöncəsi son məşqinə çıxacaq.

Sabah isə həmin arenada Azərbaycan və Xorvatiya arasında “Avro-2020”nin seçmə oyunu keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. 

Xəbər xətti