Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

74 yaşlı qadın 57 illik həsrətdən sonra əkiz dünyaya gətirdi

Hindistanın Andhra-Pradeş ştatının sakini Erramatti Manqayamma süni mayalanma yolu ilə 74 yaşında ana olub.

Bu barədə "Hindustan Times" qəzeti yazır.

Qadın qeysəriyyə əməliyyatı ilə əkiz qız uşağı dünyaya gətirib.

"Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır, heç bir patologiya müşahidə olunmur. Lakin son saatlardakı stressin təsirindən çıxması üçün hazırda ana intensiv terapiya şöbəsinə yerləşdirilib", - deyə xəstəxananın direktoru bildirib.

E.Manqayamma uşaqlara süd verə bilmədiyi üçün süd donor bankından götürüləcək.

Direktorun sözlərinə görə, qadının uşaqları bətnində daşıyıb dünyaya gətirə bilməsinə səbəb onun diabet və hipertoniya xəstəsi olmamasıdır.

E.Manqayamma və onun 80 yaşlı əri Raya Rao 22 mart 1962-ci ildə ailə qurublar. Onlar 57 il uşaq həsrəti çəkib, nəhayət, cari ilin yanvar ayında qadın süni mayalanma yolu ilə hamilə qalıb.

Daha öncə 2008-ci ilin yayında əkiz dünyaya gətirən 70 yaşlı hindistanlı Omkari Panvar bu yolla ana olan ən yaşlı qadın hesab olunurdu./oxu.az

Tarix
6 Sentyabr 2019 [10:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-06 10:33:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin