Yaponiyanın ucqar adalarında 5,5 bal gücündə zəlzələ baş verib

10:43 - 2 İyul 2025 - DÜNYA

Yaponiyanın cənub-qərbində yerləşən Tokara adalarında yeni güclü zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin gücü 5,5 bal olub. Zəlzələdən dərhal sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Tokara adaları ərazisində son həftə yarım ərzində 5 bal gücündə güclü zəlzələlər də daxil olmaqla, təxminən 900 təkan baş verib.

Xəbər xətti