İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO

10:46 - 5 Sentyabr 2019 - DÜNYA

İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” Türkiyənin Rusiyadan bu yaxınlarda aldığı S-400 “Triumf” zenit-raket komplekslərinin yerləşdirildiyi mövqeləri görüntüləyib.

Virtualaz.org xəbər verir ki, şirkət komplekslərin görüntülərini özünün Twitter səhifəsindən yayıb.
Görüntülərə əlavə olaraq şirkət bildirir ki, komplekslər Ankara ətrafındakı Mürted aviabazasında yerləşdirilib, sistem əməliyyat rejimindədir, radarları və raket-buraxılış qurğuları döyüş mövqeyindədir. Lakin raket-buraxlış qurğuları boşdur və raketlərlə doldurulmayıb.

Ehtimal edilir ki, kompleksin raketləri hələ Türkiyəyə çatdırılmayıb və daha sonrakı mərhələdə gətiriləcək.


Xəbər xətti