"EasyJet" təyyarəsinin sərnişini işə çıxmayan pilotu əvəz etdi

08:59 - 5 Sentyabr 2019 - DÜNYA

Mançester-Alikante reysini həyata keçirən "EasyJet" aviaşirkətinə məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib.

Təyyarə bir müddətlik hava limanında saxlanılıb, sərnişinlər isə pilotun işə çıxmadığını yoxlamadan keçdikdən sonra öyrəniblər.

Sərnişinlər arasında tətilə yollanan Maykl Bredli olub. O, gözləməkdən imtina edib və "EasyJet" şirkətinə təyyarənin pilotu olmağı təklif edib. M.Bredli aviaşirkətin administrasiyasıynan əlaqə yaradıb və üzrəində pilot vəsiqəsini olduğunu söyləyib. Bir neçə dəqiqədən sonra aviaşirkətin administrasiyası M.Bredliyə pilot vəzifəsini həvalə edib.

"EasyJet"in nümayəndələri M.Bredliyə sərnişinlərin vaxtında Alikanteyə çatdırılmasına görə təşəkkür ediblər./trend

 

Xəbər xətti