Məhəmməd Mursinin kiçik oğlu vəfat edib

08:57 - 5 Sentyabr 2019 - DÜNYA

Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah, atası kimi infarktdan dünyasını dəyişib.

Bu barədə Misirin "Masravi" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qahirədəki Əl-Vahat xəstəxanasındakı mənbənin məlumatına görə, 24 yaşlı Abdullah Mursi xəstəxanaya gətirilməmişdən ölüb.

Təhlükəsizlik orqanları hadisə barədə məlumatlandırılıb. Mursi ailəsinin vəkili Əbd əl-Manaam Əbd əl-Maksud, Misirin keçmiş prezidentinin ən kiçik oğlunun öldüyünü təsdiq edib./report

Xəbər xətti