Sərnişin avtobusu yanıb kül oldu: 15 nəfər son anda xilas edildi - VİDEO

İstanbulda hərəkətdə olan sərnişin avtobusunda alovlanma baş verib. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, İnsident Bəyqoz rayonunun Yuşa avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Kavacıq istiqamətində irəliləyən, içərisində 15 sərnişinin olduğu avtobus naməlum səbəblərdən yanmağa başlayıb. Sərnişinlər dərhal evakuasiya olunub.

İnsident yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğınsöndürmə briqadalarının müdaxiləsindən sonra yanğın söndürülüb. Avtobus isə yararsız vəziyyətə düşüb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Tarix
4 Sentyabr 2019 [13:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-04 13:31:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin