BNA: “KİV-də yazılan bu rəqəmlər yalandır” - AÇIQLAMA

11:54 - 3 Sentyabr 2019 - Xəbər

Bakı Nəqliyyat Agentliyi (BNA) bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Ucnoqta.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev BAKU.NEWS-a açıqlamasında bildirib ki, bəzi saytlarda Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi Azərbaycana gətiriləcək avtobusların qiymətləri ilə bağlı məlumatlar yayılıb.

BNA bu barədə bildirir ki, KİV-də yazılan bu rəqəmlər yalandır, həqiqəti əks etdirmir: "Bu yazı müəllifinin və saytın gündəlik işi bu və ya digər formada təxəyyülə əsaslanan mətnlər yazmaqla şəhər nəqliyyatı ilə bağlı görülən işləri ləkələmək, insanlarda inamsızlıq yaratmaqdır. Avtobusların qiyməti və digər maraqlı məqamlarla bağlı rəsmi təqdimatda ətraflı məlumat veriləcək".

Qeyd edək ki, bəzi saytlarda Bakıya hər biri 519 min AZN olan 300 avtobus gətirilməsi ilə bağlı məlumatlar yayılıb.

Xəbər xətti