Sumqayıt - Bakı yolunda güclü TIXAC

13:17 - 1 Sentyabr 2019 - Xəbər

Bu gün səhər saatlarından Sumqayıt - Bakı yolunda güclü tıxac yaranıb.

Tıxac magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, yolun bir tərəfində qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi tıxaca səbəb olub. Əraziyə DYP əməkdaşları cəlb olunub.

Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür./report

Xəbər xətti