“Barselona” Neymardan imtina etdi

12:10 - 1 Sentyabr 2019 - İDMAN

“Barselona” Neymarın transferindən imtina edib.

"Qafqazinfo" İspaniya mətbuatına istinadən xəbər verir ki, buna futbolçunun müqavilə ilə məxsus olduğu PSJ-nin çox pul istəməsi səbəb olub.

Belə ki, ispanlar parislilərə 130 milyon avro, həmçinin 3 futbolçusunu – Jan-Klera Todibo (icarə), İvan Rakitiç və Usman Dembeleni (daimi əsasda) təklif edib. PSJ-ni hər üç oyunçu qane etsə də, fransızlar “Barselona”dan daha çox pul istəyib. Bu şərti isə “Barselona” qəbu etməyib. Nəticədə danışıqları yekunlaşdırmaq qərarı verilib.

Qeyd edək ki, sabah Avropada transfer pəncərəsi bağlanır.

Xəbər xətti