"Beşiktaş" "Arsenal"ın futbolçusunu icarəyə götürüb

15:51 - 31 Avqust 2019 - İDMAN

Türkiyənin "Beşiktaş" klubu İngiltərə "Arsenal"ının futbolçusu Məhəmməd Elnenini heyətinə qatıb.


"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, misirli dayaq yarımmüdafiəçisi sonradan birdəfəlik satın alınması şərtilə icarəyə götürülüb.

Qeyd edək ki, Elneni "Arsenal"a 2015/2016 mövsümünün qış fasiləsində İsveçrə "Bazel"indən transfer olunub.

Xəbər xətti