Tovuzda çaylara zibil, heyvan içalatı atılır, İcra Hakimiyyəti xəbərsizdir - Foto

12:17 - 31 Avqust 2019 - Xəbər

Tovuz rayonunun ərazisindən keçən Tovuz və Əsrik çayları zibillənib.

Çaylara müxtəlif məişət tullantıları, heyvanların iç orqanları və dəriləri atılıb.
Çayın məcrasındakı zibillər ətrafda antisanitar vəziyyət yaradıb.

Çay kənarında yerləşən obyektlərin çirkab suları da birbaşa çaya axıdılır. Zibilin çoxluğundan çayda suyun axın istiqaməti belə görünmür.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən Oxu.Az-a deyilib ki, hadisədən xəbərsizdirlər.

“Əraziyə baxış keçirib açıqlama verəcəyik”, - deyə İcra Hakimiyyətindən bildirilib.

 


Xəbər xətti