Tərtərdə əl qumbarası partladı: ölən və yaralananın adı bilindi - FOTO
18:11 - 29 Avqust 2019 - Xəbər
Tərtərdə əl qumbarasının partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin adı məlum olub.
Rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlunun əlində qumbara partlayıb.
Nəticədə, E.Hüseyinli hadisə yerində ölüb, qonşusu 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
17:23
Tərtər rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralının şəxsiyyəti hələlik açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az