“Mercedes” Azərbaycan Qran Prisinin qalibi ilə müqaviləni yeniləyib

15:41 - 29 Avqust 2019 - Xəbər

“Formula 1” üzrə dünya çempionatında çıxış edən Almaniyanın “Mercedes” komandası Valtteri Bottasla müqavilənin müddətini uzadıb.


“Report” komandanın rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı finlandiyalı pilot 2020-ci il mövsümündə də “Mercedes”in sükanı arxasında olacaq. O, 2017-ci ildən Almaniya təmsilçisinin heyətində yer alıb.

Qeyd edək ki, Bottas 2019-cu il Azərbaycan Qran Prisinin qalibi olub. O, hazırda 188 xalla 2-ci sıradadır və lider komanda yoldaşı Lüis Hemiltondan 62 xal geri qalır. 

Xəbər xətti