Ana səhifə Mobil versiya
22 Sentyabr 2019

Androidlər üçün olan bu əlavədə təhlükəli virus aşkarlanıb

Kibertəhlükəsizlik sahəsinin ekspertləri "Google Play" mağazasında təqdim olunan "CamScanner" əlavəsinin içində təhlükəli virus aşkar ediblər.

Bu barədə "Kasperski Laboratoriyası"nın saytında məlumat yayılıb. Proqram PDF-faylların yaradılması və skanerdən çıxarılmış sənəddə mətnin oxunması üçün lazımdır. Məlumata əsasən, əlavə və onun növləri 100 milyon dəfədən çox yüklənilib.

Tədqiqatçılar istifadəçilərin şikayətlərindən sonra proqrama diqqət yetiriblər. Əlavənin son versiyalarından birində onlar "dropper virusu" aşkar ediblər. Virus yükləyici modulu işə salır və onun vasitəsilə cinayətkarlar istədiklərini qacetə yükləyə bilir.

Güman edilir ki, bu, reklam nümayişi və xüsusi abunəçilik, yaxud hesabların satışı vasitəsilə proqramı gəlir mənbəyinə çevirmək cəhdləri ilə bağlıdır.
Ekspertlərin xəbərdarlığından sonra "Google" şirkəti bu proqramı "market"dən silib./oxu.az

Tarix
28 Avqust 2019 [22:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-28 22:07:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin