Lənkəranda sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var

21:10 - 28 Avqust 2019 - Xəbər

Lənkəran rayonunda yol qəzası baş verib. 

Hadisə Bəleton kəndində qeydə alınıb. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti