İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib.
Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb. Məlumata görə, səhər saat 9:30-a xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsi davam etdirilir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir:
"Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər".