Şəkidə toyda kütləvi ZƏHƏRLƏNMƏ

18:10 - 27 Avqust 2019 - Xəbər

Şəkidə toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Xəbər xətti